BİRİNCİ KURS TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, sentyabrın 15 -də Azərbaycan Texniki Universitetində (AzTU) yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə yığıncaq keçirilmişdir.
Universitetin rektoru, professor Havar Məmmədov tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara bu təhsil ocağının tarixi haqqında məlumat vermişdir. Təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində dövlətimizin başçısı tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdıran rektor ölkəmizdə gənclərin biliklərə yiyələnməsi üçün yaradılan əlverişli şəraitdən danışmış, yüksək ixtisaslı mütəxəssislər hazırlayan professor-müəllim heyətinin səmərəli əməyini yüksək qiymətləndirmişdir.
Qeyd olunmuşdur ki, AzTU-da 27 istiqamət və 70-ə yaxın ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.
Görüşdə çıxış edən I kurs tələbələri universitetin adını uca tutacaqlarına, müəllimlərin zəhmətini doğruldacaqlarına söz vermişlər.
Sonra gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]