Birinci Türkoloji Qurultayın “Azdövlətkino” tərəfindən çəkilən görüntüləri yenidən bərpa olunub
Bakı, 27 fevral, AZƏRTAC
Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 1926-cı ildə “Azdövlətkino” tərəfindən çəkilən görüntüləri yenidən bərpa edilib. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Sabah" Yaradıcılıq Studiyasında bərpa edilən film “Anın tarixi” layihəsi çərçivəsində tamaşaçılara təqdim olunub.
Bu barədə AZƏRTAC-a "Sabah" Yaradıcılıq Studiyasının prodüseri, ssenarist Səxavət Sahil məlumat verib.
Onun sözlərinə görə, filmdə dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etməsindən, qurultayda türk xalqları ədəbiyyatı və dil problemləri barədə vacib qərarların verilməsindən bəhs olunur.
Qeyd edək ki, yenidən hazırlanan “Bakı Türkoloji Qurultayı - 1926” adlı sənədli filmin ssenari müəllifi Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]