Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində

Vatikan, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Argentinanın “Real Politik” xəbər agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə geniş yer ayırıb. Məqalədə qeyd olunub ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illərdə Vatikan ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndiyini vurğulayıb. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü bildirib. Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını qeyd edib. Mehriban Əliyeva deyib ki, Heydər Əliyev Fondu mədəni və dini dialoqu təşviq edən layihələr vasitəsilə Vatikan ilə əməkdaşlığını bundan sonra da genişləndirəcək.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

Diqqətə çatdırılır ki, Roma Papası XIV Leo Vatikan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın uzun tarixini yüksək qiymətləndirib. Papa Leo Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslərə görə təşəkkürünü bildirib, onların əməkdaşlığının dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.

Pontifik ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib, Vatikanın bu birgə layihələrin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərini Azərbaycana səfərə dəvət edib və bu jest Roma Papası tərəfindən məmnunluqla qarşılanıb.

Argentinanın “Radio María” xəbər və onlayn radio portalı da Mehriban Əliyeva Papa XIV Leonun görüşünü diqqətdə saxlayıb. Qeyd olunub ki, bu görüş Vatikan ilə Azərbaycan arasında yaxşı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolunda mühüm bir addımdır.

Yazıda Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşdüyü, tərəflərin qarşılıqlı maraq doğuran mövzuları müzakirə etdikləri bildirilib. Vatikanın Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasını yüksək qiymətləndirdiyi, regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyi diqqətə çatdırılıb. Eyni zamanda, mədəni sahədə əməkdaşlıq və Katolik Kilsəsinin ölkədəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

İtaliyanın “Eurasiaticanews” portalının materialında isə Azərbaycanın Birinci vitse-prezidentinin oktyabrın 16-da Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak etdiyi və həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu bildirilib. Qeyd olunub ki, mərasimdə Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri də iştirak edib.

Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilənin 2021-ci il martın 4-də imzalandığı xatırladılıb. Bildirilib ki, konservasiya işləri Kommodilla katakombalarını inkişaf etdirmək məqsədi daşıyıb. Buradakı bərpa işləri işçilərin sağlamlığı üçün yaşıl məhsulların istifadəsi, nanotexnologiya ilə hazırlanmış məhsulların konsolidasiya edilməsi və boyalı səthlərdə lazer texnologiyasının istifadəsi daxil olmaqla ən qabaqcıl üsullar və metodologiyalar əsasında yerinə yetirilib. İstifadə olunan bütün materiallar yeraltı mühitlə yüksək uyğunluğu üçün seçilib.

Vurğulanır ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sel sularının qəzalı vəziyyətə saldığı ərazidə yeni körpü tikilib

Dünyada ilk: Süni intellekt beyin şişi əməliyyatında cərrahlara kömək edib

“Mançester Siti” süni intellektlə hazırlanan yeni formalarını təqdim edib

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb

DİM: 12 ali təhsil müəssisəsində plan yerləri tam dolub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

ADPU-nun qəbul planı 97 faiz dolub

Unudulmaz şərqşünas-alim və müəllim

Fransız deputatın ölkənin borcunun dondurulmasına dair təklifi AMB ilə bağlı mübahisəni qızışdırıb

Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında ikili diplom proqramı başlanır

İxtisas qrupları üzrə qəbulun statistikası açıqlanıb

“Qarabağ” və “Tvente”də oynamış Vaqif Cavadov: Qoy, güclü olan qalib gəlsin!

DİM: Ali məktəblərə qəbul olunanların sayı 1711 nəfər artıb

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO

Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO

Altı sinfin bütün məzunları tələbə adını qazandı - Şəki məktəbindən rekord nəticə

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Laçın Beynəlxalq Film Festivalı başa çatıb

DİM “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib

Yeni tədris ili üçün təhsil krediti müraciətlərinin vaxtı açıqlandı

İpək Yolunun mədəniyyət mərkəzi: Qədim Şabran VİDEO

İpək Yolunun mədəniyyət mərkəzi: Qədim Şabran VİDEO

Əlçatan təhsildən elmi tədqiqata: Jalə Məmmədova Bristol Universitetində doktorantura təhsili alacaq

Meşə yanğınları səbəbindən Yakutsk tüstüyə bürünüb

Bu saata olan əsas xəbərlər

DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

İstanbul Texniki Universitetinin akademik bölmələri Qarabağ Universitetində fəaliyyət göstərəcək VİDEO

İstanbul Texniki Universitetinin akademik bölmələri Qarabağ Universitetində fəaliyyət göstərəcək VİDEO

SOCAR-ın ötənilki fəaliyyətində mənfəət, dayanıqlılıq və genişlənmə ön planda olub

“YAŞAT” Fondu altıncı “Məktəbli ləvazimatları” layihəsini reallaşdırır

Ötən il SOCAR beynəlxalq aktivlər portfelini genişləndirib

“Paxis” startapının təsisçisi Ayşə Allahverdiyeva: Süni intellekt onkoloq və pasiyent arasında etibarlı körpü olacaq

Bu gün Ümumdünya Göllər Günüdür

Niderlandlı veteran futbolçu: “Qarabağ” topla çox yaxşı oynayan komandadır, bu da rəqibi qıcıqlandırır

Azərbaycanın kimyaçı alimləri Özbəkistandakı beynəlxalq elmi platformada təmsil olunacaq

Yeni təmayül tədris modeli üzrə 7845 şagird müraciət edib

Ombudsman idmançılar üçün yeni tibbi nəzarət mexanizmi təklif edib

SOCAR-ın aktivləri və kapitalı artıb, uzunmüddətli öhdəlikləri azalıb

Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya

“Böyük Dəbilqə”: Azərbaycan cüdo millisi Lozannada 14 idmançı ilə təmsil olunacaq

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib VİDEO

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib VİDEO

Mexikoda Xocalı abidəsinin yerləşdiyi meydanda videomüşahidə sistemi işə salınıb

Hərracda 44 nəqliyyat vasitəsi satılıb

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan

Dövlət Proqramı çərçivəsində soyuducu anbarların fəaliyyəti genişləndirilir VİDEO

Dövlət Proqramı çərçivəsində soyuducu anbarların fəaliyyəti genişləndirilir VİDEO

Çempionlar Liqası: “Sabah” bir çox statistik göstəricilərdə liderdir

Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama

® “Ziraat Bank Azərbaycan”ın ilk istiqraz emissiyası üçün “Açılış Zəngi” çalınıb

Professor: Vasim Məmmədəliyevin bilik dairəsi şərqşünaslıq və ilahiyyatla məhdudlaşmırdı

Belçikalı voleybolçu: Azərbaycan millisi fiziki cəhətdən yaxşı komandadır

Nepalda baş verən daşqın zamanı ölənlərin sayı 168-ə çatıb VİDEO

Nepalda baş verən daşqın zamanı ölənlərin sayı 168-ə çatıb VİDEO

DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq

Bakıda küləyin sürəti saniyədə 18 metrədək güclənir - FAKTİKİ HAVA VİDEO

Bakıda küləyin sürəti saniyədə 18 metrədək güclənir - FAKTİKİ HAVA VİDEO

Xaçmazda ağır qəza: 17 yaşlı tələbə həyatını itirdi

Gənclər Kitabxanası Seyfəddin Dağlının 105 illiyinə həsr olunmuş materiallar hazırlayıb

Çempionlar Liqası: “Sabah”ın liqa mərhələsindəki rəqibləri bəlli olur

Tarix, təbiət və ləziz mətbəx - yerli və xarici turistlərin üz tutduğu Kiş kəndi  REPORTAJ  VİDEO

Tarix, təbiət və ləziz mətbəx - yerli və xarici turistlərin üz tutduğu Kiş kəndi REPORTAJ VİDEO

Akademik: Vasim müəllimin yeri daim görünür

Azərbaycanın Milli Etalon Vaxtına dair rəsmi onlayn platforma istifadəyə verilib

Rövşən Tağıyev: Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir VİDEO

Rövşən Tağıyev: Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir VİDEO

® “Rabitəbank”dan təhsil işçilərinə 50 min manatadək nağd pul krediti

Qızıl və gümüşün bahalaşması davam edir VİDEO

Qızıl və gümüşün bahalaşması davam edir VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan nefti 91,51 dollara satılır VİDEO

Azərbaycan nefti 91,51 dollara satılır VİDEO

Neft baza sahəsində “yanğın” söndürüldü, əməkdaşlar “təhlükəli ərazidən” təxliyə edildilər

UEFA Konfrans Liqası: “Qarabağ” “Tvente”yə qarşı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Akademik Vasim Məmmədəliyev Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təşəbbüskarlarından olub

FHN güclü külək və sel təhlükəsi ilə bağlı xəbərdarlıq edib VİDEO

FHN güclü külək və sel təhlükəsi ilə bağlı xəbərdarlıq edib VİDEO

Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI

Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib VİDEO

Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib VİDEO

“Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 558-ə çatıb

Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək

Özbək jurnalist : Azərbaycan və Özbəkistan yeni əməkdaşlıq modeli formalaşdırır

Yaponiyada leysan yağışları ilə əlaqədar 100 mindən çox insana təxliyə tövsiyə olunub

Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Bill Qeyts süni intellektin məşğulluğa təsiri barədə xəbərdarlıq edib

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir