Birləşmiş Ştatların neft ehtiyatları azalıb
Bakı, 1 mart, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 8,6 milyon barrel (1,9 faiz) azalaraq 445,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,8 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 3,7 milyon barrel çoxalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1,9 milyon barrel (0,7 faiz) azalaraq 254,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,7 milyon barrel geriləyəcəyi istiqamətində idi. Əvvəlki həftə ABŞ-ın benzin ehtiyatları 1,5 milyon barrel azalmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]