Bitkiçilik məhsullarının ixracı ilə bağlı məsələlər müzakirə olunub
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla onlayn görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bitkiçilik məhsullarının ixracı zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı beynəlxalq standartların, həmçinin idxalçı ölkələrin bu sahədə tələblərinin pozulmasının gələcəkdə ölkənin ixrac potensialına mənfi təsiri diqqətə çatdırılıb.
Bildirilib ki, ixrac olunan bitkiçilik məhsullarının qablaşdırılmasında istifadə edilən bəzi materiallara stikerlərlə vurulan etiket məlumatları beynəlxalq standartların tələblərinə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmadığı üçün idxalçı ölkələrin bu sahədə tələblərinin pozulmasına gətirib çıxarır.
Görüşdə sahibkarların problemləri dinlənilib və onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb, növbəti görüşün Göyçay rayonunda keçirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [15:09]
Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
- 04.06.2026 [15:07]
Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar
- 04.06.2026 [14:51]
Oğuzda narkomanlığın fəsadları ilə bağlı maarifləndirmə aparılıb
- 04.06.2026 [14:18]
Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir
- 04.06.2026 [13:37]