Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bizim məqsədimiz Azərbaycanı Estoniyada təbliğ etməkdir

Tallinn, 3 sentyabr (AZƏRTAC). Estoniyanın “Radio-4” kanalında efirə çıxan “Azərbaycanın səsi” verilişinin baş redaktoru Sənəm Əliyeva AZƏRTAC-ın müxbiri ilə söhbətinin əvvəlində demişdir: “Bizim məqsədimiz Azərbaycanı Estoniyada təbliğ etməkdir”.

Sənəm Əliyeva Bakıda anadan olmuşdur, 15 ildən çoxdur ki, Estoniyada yaşayır. Tallinndəki uşaq bağçasında tərbiyəçi işləyir. O həm də Azərbaycan bazar günü məktəbinin rəhbəridir, Azərbaycanı, onun tarixini və mədəniyyətini fəal təbliğ edir.

İki il bundan əvvəl Estoniya Mədəniyyət Nazirliyi bu ölkədəki milli azlıqlara müraciətlə dövlət radiosunda özlərinin yarım saatlıq verişini yaratmağı təklif etmişdir. S.Əliyeva deyir: “Biz bu təklifi aldıqdan sonra təbliğat üçün gözəl vasitə olan bu imkandan istifadə etməyi qərara aldıq”.

Keçən ilin oktyabr ayında “Azərbaycanın səsi” verilişinin ilk buraxılışı efirə çıxdı. Bu veriliş özünün hər bir rubrikasında Azərbaycanda baş verən hadisələri, ölkəmizin uğurlarını, elm və mədəniyyət yeniliklərini işıqlandırır, dinləyiciləri Azərbaycanın görkəmli şəxsiyyətləri ilə tanış edir. Sənəm Əliyeva deyir: “Bizim mədəniyyətdən danışanda Azərbaycan musiqisinin beşiyi sayılan Qarabağ haqqında söhbətə toxunmaya bilmərik”. “Azərbaycanın səsi” verilişinin buraxılışları əsasən Dağlıq Qarabağ münaqişəsinə həsr edilir. Bu verilişdə Şuşaya aid rubrikalar da olmuşdur. Fevral ayında efirə çıxmış veriliş Xocalı faciəsi ilə bağlı idi. Müsahibim deyir: “Xocalı haqqında material efirə çıxandan sonra bizə bir məktub gəldi. Müəllifi çox güman ki, erməni diasporunun üzvü olan bu məktubda Sumqayıt hadisələrindən bəhs edilirdi. Biz də ona savadlı tərtib edilmiş, faktlara əsaslanan cavab məktubu göndərdik”.

Sənəm xanım daha sonra deyir: “Biz verilişimizə qulaq asanların çox olub-olmadığını öyrənmək məqsədi ilə ayrıca bir rubrikada dinləyicilərə Azərbaycan haqqında üç sual verdik. Yarım saat ərzində studiyaya təqribən 20 nəfər zəng vurdu. Bu adamların arasından iki qalib seçildi”.

Bu ilin əvvəlindən Estoniyanın müxtəlif gimnaziyalarında Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. S.Əliyeva bununla əlaqədar deyir: “Biz yuxarı sinif şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti haqqında eston və rus dillərində məlumat verdik. Məktəblilər Azərbaycan xalqının ənənələri ilə, bizdə İslam dininə və qadına münasibət məsələləri ilə çox maraqlanırdılar”.

Tallinndəki uşaq bağçasında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində balaca aktyorlar “Cırtdan” nağılını eston dilində nümayiş etdirdilər. Azərbaycan Mədəniyyəti Günlərinin bağlanış mərasimində Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov, Türkiyənin bu ölkədəki səfiri Ayşanur Arpaslan, habelə Estoniya Təhsil və Mədəniyyət nazirliklərinin, vətəndaşlıq və miqrasiya departamentinin nümayəndələri iştirak etmişlər.

Sənəm Əliyeva daha bir maraqlı fakt haqqında məlumat verdi: Yeni dərs ilindən başlayaraq Tallinn Pedaqoji Universitetinin humanitar elmlər fakültəsində türkoloq Tano Tilqar Azərbaycan haqqında Azərbaycan dilində mühazirələr oxuyacaqdır.

Hazırda Estoniyada min nəfərdən artıq həmvətənimiz yaşayır. Onların arasında bütün Estoniyada tanınmış azərbaycanlılar da az deyil: Tartu Universitetində türk dili kafedrasının müdiri Xaqani Qayıblı, karate-do üzrə Avropa çempionu Amid Məhərrəmov. Yeri gəlmişkən, Tallinndə Amidin idman məktəbi fəaliyyət göstərir. Həmyerlimiz bu məktəbdə gələcək çempionlar yetişdirir.

S.Əliyeva deyir: “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanın qələbəsindən sonra Estoniyada Azərbaycana maraq xeyli artmışdır. Estoniya nəşriyyatlarından biri Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə həsr edilmiş “Mənim Azərbaycanım” adlı kitab nəşr etmək niyyətindədir.

Sənəm Əliyeva sonda demişdir: “Mən tez-tez Azərbaycanda oluram, axı Azərbaycan mənim Vətənimdir, o mənə su kimi, hava kimi lazımdır, mən onsuz yaşaya bilmərəm”.

Nigar Hüseynova

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb