DÜNYA
Blinkenlə Ukraynanın XİN rəhbəri cəbhədəki vəziyyəti müzakirə edib
Bakı, 5 aprel, AZƏRTAC
ABŞ-ın Dövlət katibi Antoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə döyüş meydanındakı vəziyyəti və Kiyevin gələcək Avratlantik inteqrasiyası perspektivlərini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Tərəflər döyüş meydanındakı vəziyyəti, müttəfiqlər və tərəfdaşlarla koordinasiyada Ukraynanın Avratlantik inteqrasiya axtarışında irəliləyişini, eləcə də ölkənin enerji sektorunun gücləndirilməsi yollarını müzakirə ediblər”, - deyə M.Miller söyləyib.
Bundan əlavə, Blinken bir daha Kiyevə kömək üçün əlavə maliyyə ayrılmasını təmin etmək üçün ABŞ Konqresi tərəfindən təcili fəaliyyətə ehtiyac olduğunu qeyd edib.