BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk
Berlin, 16 iyun, AZƏRTAC
Azərbaycanın və IDEA İctimai Birliyinin Xəzər dənizinin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Katibliyində (UNFCCC) Hökumətlərarası Dəstək üzrə direktoru Sesiliya Kinusiya-Njenqa Azərbaycan mediasına müsahibəsində barədə bildirib.
“Hesab edirəm ki, bu, çox gözəl imkandır. COP-a sədrlik edən ölkələrin dənizlər, okeanlar və digər su hövzələri ilə bağlı məsələləri davamlı şəkildə diqqət mərkəzində saxlaması, xüsusilə də dənizə çıxışı olmayan, lakin qorumağa və davamlılığını təmin etməyə çalışdıqları su hövzələrinə malik ölkələri iqlim fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirməsi təqdirəlayiqdir. Düşünürəm ki, bu təşəbbüs və Leyla xanım Əliyevanın rəhbərliyi ilə IDEA çərçivəsində görülən işlər bu mövzunun beynəlxalq müzakirə və dialoq platformalarına çıxarılması baxımından mükəmməl imkandır”, - deyə o əlavə edib.