Boksçumuz Sərxan Əliyev Avropa Oyunlarında yarımfinala yüksələ bilməyib
Novı Tarq, 28 iyun, AZƏRTAC
Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, dünya çempionatının mükafatçısı dörddəbir finalda Makan-Vie Traore (Fransa) ilə qarşılaşıb.
Döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Fransalı boksçu 3:2 (28:29, 30:27, 30:27, 29:28, 27:30) hesabı ilə qalib gəldiyindən Sərxan yarışda çıxışını bitirib.
Qeyd edək ki, bu gün daha bir boksçumuz dörddəbir final döyüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasu (Yunanıstan) sınağa çəkəcək.