BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOVUN AZƏRBAYCANA İŞGÜZAR SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, martın 10-da Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikasına üçgünlük işgüzar səfərə gəlmişdir.
Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Bolqarıstan Prezidentini Baş nazirin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Georgi Pırvanov və Baş nazirin müavini Abid Şərifov arasında qısa protokol söhbəti oldu.
######
