RƏSMİ XRONİKA
BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB JELKO KOMŞİÇƏ
Hörmətli cənab Sədr,
Ölkənizin milli bayramı - Bosniya və Herseqovinanın yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da öz inkişafını davam etdirəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 noyabr 2009-cu il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
“Lokomotiv və vaqonlar” hazırdır
- [11:11]
İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib
- 02.07.2024 [23:38]