Böyük Britaniya İsrailə bəzi silahların satışını dayandırıb
London, 3 sentyabr, AZƏRTAC
Böyük Britaniya İsrailə bəzi silahların satışını dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lammi Parlamentin İcmalar Palatasında çıxışında deyib. O bildirib ki, qərar Böyük Britaniyanın silah ixracı lisenziyalarının nəzərdən keçirilməsindən sonra verilib və bu lisenziyaların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması riski yaratması müəyyən edilib.
Nazir təxminən 350 lisenziyadan 30-nun dayandırılacağını açıqlayıb və vurğulayıb ki, bu, ümumi qadağa və ya silah embarqosu deyil: “Belə bir münaqişə ilə üzləşərkən, ixrac lisenziyalarını yenidən nəzərdən keçirmək Böyük Britaniya hökumətinin hüquqi öhdəliyidir. Təəssüf ki, bu gün aldığım qiymətləndirməyə əsasən, İsrailə bəzi Böyük Britaniya silahlarının ixracı beynəlxalq humanitar hüququn ciddi pozulması riskini daşıyır”, - deyə nazir deyib.
Qeyd edək ki, Böyük Britaniya İsrailə birbaşa silah tədarük etmir, lakin yerli şirkətlərin silah satması üçün ixrac lisenziyaları verir.
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]