Böyük Britaniya parlamentində Brexit müqaviləsi yenidən səsverməyə çıxarılacaq
London, 12 mart, AZƏRTAC
Böyük Britaniya parlamentində Baş nazir Tereza Mey tərəfindən tərtib edilən və yanvar ayında səs çoxluğu ilə rədd edilmiş Brexit müqaviləsi yenidən səsverməyə çıxarılacaq.
Avropa İttifaqı ilə müzakirələr apararaq müqavilədə bəzi dəyişikliklər edən Baş nazir müqavilənin qəbul edilməsini arzulayır. Əgər parlament müqaviləni qəbul edərsə, ölkə martın 29-da Avropa İttifaqını tərk edəcək.
Ölkənin Nazirlər Kabinetindən verilən məlumata görə, ötən həftəsonu Avropa Komissiyasının rəhbəri Yan-Klod Yunkerlə Tereza Mey arasında yaranan fikir ayrılıqlarının aradan qaldırılması üçün telefon danışıqları davam edir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]