Böyük Britaniyada “Liverpul Azərbaycan Cəmiyyəti” təsis olunmuşdur
Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 27-də Böyük Britaniyanın Liverpul şəhərində təhsil alan üç azərbaycanlı magistr və bir bakalavr tələbə tərəfindən “Liverpul Azərbaycan Cəmiyyəti” (LAC) təsis edilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilkin mərhələdə Liverpulda daimi və müvəqqəti əsaslarla yaşayan azərbaycanlıların icması olacaq cəmiyyətə artıq on azərbaycanlı qatılmışdır.
LAC-ın əsas məqsədi Liverpulda yaşayan azərbaycanlılar arasında əlaqələri daha da səmərəliləşdirmək, bu şəhərdə Azərbaycanın tarixini, mədəniyyətini təbliğ etməkdən ibarət olacaqdır. Hazırda cəmiyyətin rəsmi olaraq Liverpulda diaspor təşkilatı kimi qeydiyyata alınması istiqamətində tələbələr tərəfindən lazımi prosedurlar həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]