Böyük həcmli məlumatlar toplusunun analizində “Deep learning”in tətbiqi imkanları araşdırılır
Bakı, 25 may, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda böyük həcmli məlumatlar toplusunun analizində “Deep learning”in tətbiqi imkanları araşdırılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda böyük elmi işçi Aybəniz Əliyeva dərin inam şəbəkələri (Deep Belief Network, DBN) adlı “Deep Learning” arxitekturası haqqında danışıb. O, obyektlərin tanınması üçün təklif olunmuş modellər, nitq və audio emalı və nişanlama, informasiya axtarışı, təbii dilin emalı kimi “Deep learning”in “Big Data”nın analizində tətbiqi sahələri barədə məlumat verib.
Sonra məruzə ilə bağlı müzakirələr aparılıb. Bu sahədə tədqiqatların davam etdirilməsi tövsiyə olunub.