BP şirkəti BMU-ya beynəlxalq universitetlərdə istifadə olunan dərsliklər təqdim edib
Xırdalan, 18 mart, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) kitabxanasına BP şirkəti tərəfindən beynəlxalq universitetlərdə geniş istifadə edilən seçilmiş beş dərsliyin Azərbaycan dilinə tərcümə olunmuş nəşrləri təqdim edilib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, “Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında”, “Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə”, “İqtisadi siyasət. Nəzəriyyə və praktika”, “İnformasiya təhlükəsizliyi prinsipləri”, “Növbəti. Gələcəyin qısa tarixi” adda ümumilikdə 200 nüsxə dərslik artıq ali təhsil müəssisəsinin kitabxanasına təqdim olunub.
Ali təhsil müəssisələrinin qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş sosial layihə çərçivəsində BP-nin maliyyələşdirdiyi nəşrlər dünyada ən geniş istifadə olunan dərsliklərdir.
Layihə çərçivəsində Azərbaycan dilinə tərcümə olunmuş nəşrlər yerli universitet və ekspertlərdən əldə edilmiş tövsiyələr əsasında seçilib. Bu dərsliklər bir çox aparıcı beynəlxalq universitetlər tərəfindən icbari tədris vəsaitlərinin siyahısına daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]
BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 14.10.2026 [17:01]