BRİTANİYALI AKVALANQÇININ YENİ DÜNYA REKORDU
Elliat Tailandda sualtı üzgüçülük üzrə təlimatçı işləyir və rekordunu Hind okeanında göstərmişdir. Ona tənəffüs balonları gətirən 12 akvalanqçı kömək etmişdir.
İdmançının 313 metr dərinliyə dalması cəmi 12 dəqiqə çəkmişdir, lakin geri qayıtmaq üçün xeyli çox – 6 saat 40 dəqiqə vaxt lazım gəlmişdir. Elliatın dediyinə görə, bu rekordu qazanmağa 10 il hazırlaşmışdır. O, okeanın ənginliyinə baş vurmasını “təklikdə Aya uçmaqla” müqayisə etmişdir.