Brüssel Azərbaycan Evində 20 Yanvar şəhidlərinin anım guşəsi yaradılıb
Bakı, 20 yanvar, AZƏRTAC
Belçikanın paytaxtı Brüsseldə fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım guşəsi yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Brüssel Azərbaycan Evinin və Belçika Azərbaycanlıları Federasiyasının təşkil etdiyi anım guşəsində Azərbaycan bayraqları və əklil qoyulub, şamlar vasitəsilə “20 Yanvar” sözü düzülüb.
Bu günlərdə Azərbaycan Evini ziyarət edən soydaşlarımız anım guşəsi önündə 20 Yanvar şəhidlərinin əziz xatirəsini böyük ehtiramla yad edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]