Bu gün Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürəcək
Bakı, 18 noyabr, AZƏRTAC
Bu gün Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kubokları keçirilsə də, paytaxtımız havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda Milli Gimnastika Arenasına toplayacaq.
İlkin qeydiyyat siyahısına əsasən, yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək. Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]