Bu gün yeni əməkdaşlıq formatında Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək
Kiyev, 12 iyul, AZƏRTAC
İyulun 12-də Litvanın paytaxtı Vilnüsdə NATO sammiti çərçivəsində Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək. Bu, Ukraynanın Şimali Atlantika Alyansına inteqrasiyaya kömək edəcəyi gözlənilən yeni əməkdaşlıq formatıdır.
AZƏRTAC xəbər verir ki, sammitin proqramına əsasən, iclasdan öncə NATO-nun Baş katibi Yens Stoltenberqin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olacaq. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Daha sonra Ukrayna-NATO Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclasının keçirilməsi planlaşdırılır. NATO-nun Baş katibi iclasdan sonra nəticələrə dair çıxış edəcək.
NATO Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernevin mətbuata açıqlamasına görə, iclasda mövcud təhlükəsizlik məsələləri və NATO-nun inkişafının strateji baxışı, eləcə də Ukraynanın Alyansa daxil olması müzakirə ediləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]