Bu ilin 9 ayında vergi orqanlarına müraciətlərin sayı 330 mini ötüb
Bakı, 25 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr ayları ərzində vergi orqanlarına 330 min 460 müraciət daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciətlərdən 96 faizi ərizə, 3,9 faizi şikayət, 0,1 faizi təklif olub.
Məlumata əsasən, daxil olmuş müraciətlərin 97 faizinə baxılması hesabat dövründə başa çatdırılıb, 3 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 95 faizi həll olunub, yaxud müvafiq izahatlar verilib, digərləri barəsində isə qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bu ilin 9 ayı ərzində Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 510 vətəndaşın qəbulu təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:24]
Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb
- 11.06.2026 [16:18]
Bakı metrosu yay qrafikinə keçib
- 11.06.2026 [16:13]
İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür
- 11.06.2026 [16:13]
Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib
- 11.06.2026 [14:34]