Cammu və Kəşmirdə daşqınlar nəticəsində azı 30 nəfər həyatını itirib
Bakı, 27 avqust, AZƏRTAC
Cammu və Kəşmirdə davamlı yağışların səbəb olduğu sel və daşqınlar nəticəsində azı 30 nəfərin həyatını itirdiyi bildirilir.
AZƏRTAC “Hindustan Times” nəşrinə istinadla xəbər verir ki, yağışlar ərazidəki infrastruktura da ciddi zərər verib, körpülər dağılıb, elektrik dirəkləri aşıb və telekommunikasiya xətləri sıradan çıxıb. Eyni zamanda, dəmir yolu və avtomobil nəqliyyatının işində də problemlər yaranıb, bəzi yollar bağlanıb, qatar reysləri dayandırılıb. Xilasetmə əməliyyatları zamanı 3500 sakin təhlükəsiz yerlərə təxliyə edilib.
Cənubi Asiya regionunda davam edən musson yağışları Hindistan, Pakistan və digər ölkələrdə ciddi fəsadlar yaradıb. Pakistanda son 30 gün ərzində sel və daşqınlar nəticəsində 800-dən artıq insan, Hindistanın Himaçal Pradeş əyalətində isə təqribən 300 nəfər həyatını itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]