Azərbaycan Dövlət İnformasiya Agentliyi

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycanın tarixində, ən çətin sınaq anında öz ürəyinin səsinə qulaq asaraq Vətəninin müdafiəsinə qalxan insanlar hər zaman olub. Belə insanlar bunu özlərinə övlad borcu və sədaqət andı bilərək xalqının azadlığı və təhlükəsizliyi naminə canlarından keçməyə hazır olurlar. Onların xalqın ümumi rifahı naminə etdiyi fədakarlıqlar sədaqət və mərdlik rəmzinə çevrilərək gələcək nəsilləri məhz bu cür olmağa ruhlandırır. Canını öz doğma torpağı uğrunda fəda edən qəhrəmanlardan biri də Elçin Şükürovdur.

Şəhidin bacısı Sevinc Şükürova deyir: “Elçin qeyri-adi, heç kimə bənzəməyən insan idi. Sakit təbiətli, xeyirxah idi. İdmanla məşğul olurdu, bir neçə xarici dil bilirdi. Uşaq yaşlarından hərbi dənizçi olmağı arzulayırdı. Zığdakı hərbi-dənizçilik məktəbinə qəbul olmaq istəyirdi. Valideynlərimiz onun bu istəyinin əleyhinə olduqları üçün Elçini fikrindən daşındırdılar. O, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin coğrafiya şöbəsinə daxil oldu. O, hər zaman dənizə can atırdı, diplom işini də okeanologiya üzrə müdafiə etmişdi. Ali məktəbi bitirəndən sonra əvvəlcə Aerogeodeziya İdarəsində geodezist vəzifəsində, “Gipromornefteqaz”da isə dənizdə mühəndis kəşfiyyatları şöbəsində işlədi. Ön cəbhəyə getməzdən bir qədər əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun elmi işçisi kimi fəaliyyət göstərirdi”.

Sevinc xanım söhbətinə davam edir: “Xocalıda qanlı faciə törədiləndə baş verənlərin hamısı Elçinə çox ağır təsir göstərmişdi. Tamamilə dəyişmişdi, elə bil bu dünyanın adamı deyildi. Xocalı faciəsinin yanğısı qardaşımın ürəyini közərən alova çevirdi”.

Qəhrəmanlığın ən bariz və şanlı təzahürlərindən biri Vətənin müdafiəsinə könüllü olaraq atılmaqdır. Həyəcan təbili çalınanda, rəşadətli insanlar ali məqsəd naminə öz rahat həyatlarından və qayğılarından vaz keçərək Vətənin müdafiəsinə qalxırlar. Onların polad qətiyyəti hər bir çətinliyə sinə gərmək üçün zəruri olan güclü iradə və əzmkarlığın parlaq təcəssümünə çevrilir, bu ruh cəmiyyəti vahid məram altında birləşdirərək gözəl gələcək naminə haqlı mübarizəyə səsləyir.

1992-ci ilin martında həm də “İnterbriqada” adlandırılan 772 saylı briqada təşkil olunmuşdu, çünki onun sıralarında Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri ölkənin ərazi bütövlüyü uğrunda vuruşurdular. Elçin həmin briqadaya könüllü olaraq qoşulmuşdu. Bakı yaxınlığında hazırlıq keçəndən sonra briqada Qarabağa göndərildi. Əsgər və zabitlər yaxşı təlim keçmişdilər, onlar qəhrəmanlıqla döyüşürdülər.

Birinci Qarabağ müharibəsi zamanı ən qızğın döyüşlərdən biri Ağdərə şəhəri uğrunda gedirdi. Şəhər öz coğrafi mövqeyinə görə strateji əhəmiyyətə malik idi və intensiv olaraq davam edən hərbi əməliyyatların özəyinə çevrilmişdi.

Elçin Şükürov ilk günlərdən cəbhədə gedən qızğın döyüşlərin içində idi, o, Ağdərə və Kəlbəcərdə gedən hərbi əməliyyatlarda fəal iştirak edirdi. Onun döyüş bölgəsində rolu olduqca məsuliyyətli və təhlükəli idi, çünki Elçin snayperçi idi. O, öz bacarıqlarından, dəqiqliyindən və ən gərgin riskli vəziyyətlərdə soyuqqanlı olmaq səriştəsindən məharətlə istifadə edirdi.

“Qəzetlər “İnterbriqada”nın döyüş qəhrəmanlığından, əməliyyatlarda fərqlənən hərbçilərdən yazırdı. Elçinin evə məktub yazmaqla arası yox idi. Ümumiyyətlə, döyüşən əsgərlərin hər biri ailələrinin narahat olacaqlarını bildikləri üçün cəbhədə olanlar barədə danışmamağa çalışırdılar. Doğrudur, bir dəfə biz Elçinin yaşayış məntəqələrindən birinin azad edilməsi uğrunda gedən döyüşlərdə necə fərqləndiyini öyrəndik. O elə sevinirdi ki...” – deyə Sevinc xanım o günləri xatırlayır.

Elçin təkcə qələbəyə inanmadı, o həm də bu qələbə üçün mübarizə apardı və onun uğrunda qəhrəmancasına həlak oldu. 1992-ci ilin 4 iyulunda Azərbaycan qoşunları yay əməliyyatları zamanı Ağdərəni azad etməyə müvəffəq oldular. Elə həmin gün qara xəbər ildırım sürətilə yayıldı: Elçin şəhid olmuşdu. Qoşunlar yeni həmləyə başlayanda o, həyatını itirmişdi. Döyüş dostlarının dediyinə görə, qruplardan biri Elçinin iştirakı ilə düşmənin üzərinə hücuma keçmişdi. Elçin snayperi avtomatla əvəzləsə də, qüvvələr nisbəti qeyri-bərabər idi. Düşmən qrupu mühasirəyə alaraq ona hər bir tərəfdən atəş yağdırmağa başladı. Əsas nöqtələri düşməndən müdafiə etməyə çalışan Elçin məhz həmin an həyatla vidalaşmalı oldu. Bu igidin qəhrəmanlığı bir çox silah yoldaşlarının həyatını xilas etdi. Dostluq etdiyi polk yoldaşlarının dediyinə görə, Elçin son nəfəsinədək qəhrəmanlıqla döyüşdü və həlak oldu…

“Müharibə hər zaman faciə və göz yaşı gətirir. Ölüm təkcə bir cana qıymır – döyüşçünün həyatını itirməsinə səbəb olan bu bəla onun ailəsinin, doğmalarının, yaxınlarının, dostlarının da həyatını yarıda qoymuş olur... Elçin şəhid olanda onun oğlu Vahidin cəmi 5 yaşı var idi... Elçin həlak olandan sonra onun anası Elmira xanım 10 il ərzində hər gün Şəhidlər xiyabanının yolunu tutdu. Hər gün...Oğul itkisi, qardaş itkisi ən ağır dərddir...”, - deyə qəhrəmanın bacısı söhbətinə yekun vurur.

Elçin Şükürov doğma torpağı uğrunda canını fəda etdi, son nəfəsinədək qəhrəmanlıqla döyüşdü. Cəsur snayperçi 28 erməni terrorçusunu məhv edə bildi. Onun cəmi 29 yaşı var idi. Şəhidlər xiyabanında dəfn edilib.

Vətənin müdafiə edilməsinin vacibliyi insanın şəxsiyyətinin mənəvi dəyərlərini və üstün xüsusiyyətlərini müəyyənləşdirən əsas prinsiplərdən biridir. Vətən, təkcə doğulub boya-başa çatdığımız yer deyil, o bizim milli mənsubiyyətimizin, mədəni irsimizin və tarixi kimliyimizin rəmzidir. Vətənin müdafiəsi isə hər kəsin ümdə vəzifəsidir.

Elçin Şükürov kimi qəhrəmanlar ölkəmizin qəhrəmanlıq salnaməsinin ayrılmaz tərkib hissəsidir, onların əzmkarlığı xalqımızın yaddaşına fədakarlığın, azadlıq və haqq-ədalət ideallarına sədaqətin əbədi rəmzi kimi həkk olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib