Cari il Bərdədə 30 hektar sahədə yeni meşə salınmışdır
Bərdə, 6 may (AZƏRTAC). “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli Proqrama uyğun olaraq Bərdə rayonunda yeni meşə sahələri salınır.
Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, ilin əvvəlindən 30 hektar sahədə yeni meşə salınmışdır. Bir hektar sahədə sərv və şam ağaclarından ibarət (25 min 600 ədəd) böyütmə sahəsi yaradılmış, 4,5 hektar sahədə akasiya, iydə, göyrüş və Eldar şamından ibarət tinglik salınmışdır. Kök atmaq üçün bir hektar sahədə 50 min nar qələmi basdırılmış, 620 kiloqram toxum tədarük edilmişdir.
İlin sonunadək 110 hektar sahədə yeni meşənin salınması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]