Cari ildə Azərbaycandan Türkiyəyə 700 min turistin gələcəyi gözlənilir
İstanbul, 3 fevral (AZƏRTAC). Azərbaycanlı diplomatların da iştirak etdikləri Türkiyənin turizm sektorunun yekun toplantısında bildirilmişdir ki, 2013-cü ildə Azərbaycandan Türkiyəyə 600 min turist gəlmişdir. Cari ildə bu rəqəmin 700 min olacağı gözlənilir. Eyni zamanda, Azərbaycana gedən türkiyəli turistlərin də sayında önəmli artım vardır.
Azərbaycanın turizm imkanları fevralın 2-də İstanbulda yekunlaşan “EMİTT-2014” Beynəlxalq turizm və səyahət sərgisində də nümayiş etdirilmişdir.
Sərgini işıqlandıran Türkiyə mətbuatı yazır ki, ölkəyə iqtisadiyyatı sürətlə inkişaf edən və əhalisinin rifahı getdikcə yaxşılaşan Azərbaycandan turizm axınının daha da güclənməsi üçün mövcud imkanlardan tam istifadə edilməlidir. Bunun üçün Azərbaycanın turizm şirkətləri ilə mütəmadi görüşlər keçirilməli, ortaq layihələr hazırlanmalıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]