CARİ İLİN 8 AYINDA BAKI ELEKTRİK STANSİYASI İSTEHSAL PROQNOZUNU 28 FAİZ ÜSTƏLƏMİŞDİR
AZƏRTAC “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakı Elektrik Stansiyası normal iş rejimində fəaliyyətini davam etdirir.
Cari ilin yanvar-avqustunda stansiyada 401 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu, nəzərdə tutulduğundan 28 faiz çoxdur.
Həmin müddətdə hər kilovat-saat elektrik enerjisi istehsalına proqnozlaşdırıldığından az şərti yanacaq sərf edilmişdir. Nəticədə 740 tondan artıq şərti yanacağa qənaət olunmuşdur.
Stansiyada energetika sisteminin sabitliyinin təmin edilməsi və istehsal olunan enerjinin istehlakçılara itkisiz çatdırılması məqsədilə tədbirlər həyata keçirilir.