Cari tədris ilində 5314 tələbə təhsil krediti alıb
Bakı, 7 yanvar, AZƏRTAC
Cari tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan AZƏRTAC-a bildirilib ki, bu günə qədər 7456 nəfər kredit almaq üçün müraciət edib.
Onlardan 466 nəfərin müraciəti natamam olub, 488 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1011 nəfərin müraciətinə imtina cavabı verilib, 177 nəfərin müraciəti isə banka yönləndirilib.
Payız sessiyası üzrə 5314 nəfərə TTK verilib. Onların arasından 2032 nəfərin müraciəti sosial TTK, 3282 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]