C.Cabbarlının eyniadlı əsəri əsasında çəkilmiş “Almaz” filminin 75 illiyi qeyd olunmuşdur
Bakı, 2 mart (AZƏRTAC). Martın 2-də görkəmli dramaturq Cəfər Cabbarlının ev-muzeyində ədibin “Almaz” əsəri əsasında çəkilmiş eyniadlı filmin 75 illiyi qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə C.Cabbarlının qızı, muzeyin direktoru Gülarə Cabbarlı atası haqqında xatirələrini danışmışdır.
Ədibin nəvəsi, muzeyin elmi işçisi Qəmər Seyfəddinqızı, Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə, filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmzadə C.Cabbarlının kino yaradıcılığı haqqında danışmış, “Almaz” filminin yaranma tarixi barədə məlumat vermişlər.
Qeyd edilmişdir ki, “Almaz” filmi 1936-cı ildə C.Cabbarlının ssenarisi əsasında çəkilmişdir. Filmin rejissoru Ağarza Quliyev və Qriqori Braginski, bəstəkarları dahi maestro, SSRİ Xalq Artisti Niyazi və Əməkdar İncəsənət Xadimi Zülfüqar Hacıbəyov, operatorları İvan Frolov və Əziz İsmayılov olmuşlar.
Almaz rolunu İzzət Oruczadə ifa etmişdir. Digər rollarda Xalq Artisti Hökümə Qurbanova, İsmayıl Hidayətzadə, aktyorlar Xeyri Əzimzadə və Əlisəttar Məlikov çəkilmişlər.
Tədbirdə, həmçinin ədibin yaradıcılığından nümunələr səsləndirilmiş, şeirləri əsasında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Sonda yubileyi qeyd olunan “Almaz” filmi nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.06.2026 [16:53]
Milli Kitabxanada təqdimat: “Bəhram Mansurov. Biblioqrafiya”
- 22.06.2026 [16:23]
Görkəmli tarzən Məmmədağa Muradovun xatirəsi anılacaq
- 22.06.2026 [15:30]
“Ginnesin Rekordlar Kitabı”na düşən ilk çağdaş rəssamımız: Rafiq Əziz
- 22.06.2026 [14:25]
Heykəltaraş Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görülüb
- 22.06.2026 [14:17]