CƏNUBİ QAFQAZDAKI MÜNAQİŞƏLƏRİN HƏLLİNİN VAXTI ÇATMIŞDIR
ABŞ Xəzər və Cənubi Qafqaz bölgəsini inkişaf etmiş, sabit, tərəqqi edən görmək istəyir. Gürcüstanda baş verən olaylar onu sübut etdi ki, regiondakı münaqişələrin həllinin vaxtı çatmışdır.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Ştatların Azərbaycandakı səfiri xanım Ann Ders sentyabrın 16-da Azərbaycanda 4-cü mikromaliyyə konfransında bəyan etmişdir.
Ann Ders demişdir ki, ABŞ-ın vitse-prezidenti Dik Çeyni Azərbaycanda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtının çatdığını bir daha bəyan etmişdi. D.Çeyni ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdi. Birləşmiş Ştatlar bu sahədə həmişə fəallıq göstərmiş və bu, belə də davam edəcəkdir.
ABŞ diplomatı bildirmişdir ki, Qafqazın suveren və müstəqil dövlətləri öz yollarını özləri seçməlidir.
Ann Ders ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzənin Azərbaycana qarşıdakı səfərinin məhsuldar keçəcəyinə əminliyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]