“CƏSURLAR” HƏRBİ İDMAN VƏ TURİZM OYUNUNUN QALİBLƏRİ MÜƏYYƏN EDİLMİŞDİR
Babək, 13 mart (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi “Uşaq ili” ilə əlaqədar “N” saylı hərbi hissədə “Cəsurlar” hərbi idman və turizm oyunu keçirmişdir.
Oyunlar 10 mərhələ üzrə sıra hazırlığı, taxta hasarın üstündən aşmaqla maneənin, körpüdən keçməklə xəndəyin dəf olunması, kəndir vasitəsilə “təhlükəli zolağın” qət edilməsi, kəndir vasitəsilə yüksəklikdən enmə, yerlə sürünməklə maneənin dəf olunması, istehkamda yerləşərək hədəfə qumbara atmaq, “zəhərli zonanın” dəf olunması, “yaralının” döyüş zonasından çıxarılması və turist çadırının qurulması üzrə keçirilmişdir.
30 komandanın iştirak etdiyi yarışda Qaraçuq kənd orta məktəbinin komandası birinci, Nehrəm kənd 1 nömrəli məktəbin komandası ikinci, Didivar kənd orta məktəbin komandası isə üçüncü yerə çıxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]