Çaylarda suyun səviyyəsində artım qeydə alınıb
Bakı, 28 avqust, AZƏRTAC
Avqustun 28-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-140, Kiçik Qafqazın çaylarında 100-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 170-200 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 177 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 28 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 95 kubmetr təşkil edib.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində əsasən artın müşahidə olunub.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 356, Şirvanda 193, Salyanda 106, Bankədə 165, Novruzlu məntəqəsində isə 71 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]