Çayların mövcud vəziyyəti araşdırılmışdır
Bakı, 4 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların mövcud vəziyyətini araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 55-105, Kiçik Qafqazda 80-140, Lənkəran-Astarada 35-75, Naxçıvan Muxtar Respublikası çaylarında isə 30-35 faizini təşkil etmişdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 400 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 167 kubmetrdir.
Hazırda Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 415, Şirvanda 319, Salyanda 278, Bankədə 247, Araz çayının Novruzlu məntəqəsində isə 165 santimetrdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı göstəricidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]