“Çelsi” Ekvador klubunun 15 yaşlı yarımmüdafiəçisini heyətinə qatacaq
Bakı, 4 aprel, AZƏRTAC
İngiltərənin “Çelsi” klubu “İndependiente”nin (Ekvador) 15 yaşlı yarımmüdafiəçisi Kendri Paezi transfer etməyə hazırlaşır.
AZƏRTAC “Sky Sports”a istinadla xəbər verir ki, London klubu yarımmüdafiəçinin transferi ilə bağlı Ekvador təmsilçisi ilə artıq anlaşıb. Futbolçu 2026-cı ildə 18 yaşı tamam olanda “Çelsi”yə keçəcək. Transferin 20 milyon avro təşkil etdiyi açıqlanıb.
“İndependiente”nin əsas heyətində üç oyun keçirən ekvadorlu futbolçu bir qol vurub.
“Çelsi” 38 xalla Premyer Liqada 11-ci pillədə qərarlaşıb. Həmçinin London klubu "Real Madrid"lə Çempionlar Liqasının dörddəbir finalında oynayacaq.
London təmsilçisi bir müddət əvvəl baş məşqçisi Qrem Potterlə müqaviləyə xitam verib. Qırx yeddi yaşlı Potter 2022-ci ilin sentyabrında alman Tomas Tuheli baş məşqçi postunda əvəzləyərək London klubuna keçib. İngilis mütəxəssisin müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]