ÇERNOQORİYADA ŞAHMAT ÜZRƏ KİŞİLƏR ARASINDA AVROPA ÇEMPİONATI DAVAM EDİR
Bakı, 8 mart (AZƏRTAC). Çernoqoriyanın Budva şəhərində şahmat üzrə kişilər arasında Avropa çempionatının ikinci turunun oyunları keçirilmişdir.
Azərbaycan şahmatçısı Qədir Hüseynov serbiyalı Alek Savanoviç üzərində qələbə qazanmışdır. Faiq Ələsgərov isə Stevan Mitrovişə (Polşa) qalib gəlmişdir.
İdmançılarımızdan Vüqar Rəsulov Ulf Anderson (İsveçrə), Rauf Məmmədov isə Lopez Martinez Josep Manuel (İspaniya) ilə heç-heçə oynamışlar. Vasif Durarbəyli rusiyalı Vasili Yemelinə, Eltac Səfərli isə moldovalı Viorel Boloqana məğlub olmuşlar.
Qeyd edək ki, çempionatda 305 şahmatçı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]