İQTİSADİYYAT
Çimərliklərə gediş-gəlişin təmini üçün bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı, 15 iyun, AZƏRTAC
Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.
Mövsümi xarakterli dəyişikliyə əsasən, iyunun 16-dan 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan”, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna”, 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan”, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı”, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə”, 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək, 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti isə Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]