Çin şirkəti ilə ölkəmizdə elektrik avtomobillərinin istehsalına dair fikir mübadiləsi aparılıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Çinin “Jiubai Import & Export” şirkətinin nümayəndələri ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizdə “yaşıl enerji” və elektrik avtomobillərinin istehsalı, ətraf mühitin qorunmasında əhəmiyyətli olan bu sahələrə investisiya qoyuluşuna dair fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə Çin şirkəti KOBİA-nın biznesə göstərdiyi dəstək və xidmətlər, o cümlədən yerli və xarici iş adamlarının əlaqələndirilməsinə Agentliyin dəstəyi barədə məlumatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:07]
İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir
- 28.09.2026 [17:02]
“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb
- 28.09.2026 [16:53]
Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq
- 28.09.2026 [16:52]