RƏSMİ XRONİKA
“ÇİNAR” SANATORİYASINDA ƏSASLI TƏMİR VƏ BƏRPA İŞLƏRİ APARILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Naftalandakı “Çinar” sanatoriyasında aparılan əsaslı təmir və bərpa işləri ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, təmir-bərpa işlərinə 2007-ci ilin sentyabrında başlanılıbdır. 19 hektar sahədə yerləşən altımərtəbəli sağlamlıq mərkəzi “Azinterbiznes” MMC-yə məxsusdur. Burada gələcəkdə xəstələrə 62 tibbi heyət xidmət göstərəcəkdir. Müalicə, müayinə otaqlarından əlavə, 368 yerlik yeməkxana, 30 vanna otağı da olacaqdır.
Prezident İlham Əliyev “Çinar” sanatoriyasının müasir vəziyyətini əks etdirən fotoşəkillərə baxdı, təmir-bərpa işlərinin baş planı ilə tanış oldu, ərazini gəzdi və müvafiq tövsiyələrini verdi.
######