Çində kömür mədənində dağıntı altında qalan 7 nəfər ölüb
Pekin, 15 mart, AZƏRTAC
Çinin Şensi əyalətində kömür mədənində baş vermiş çökmə nəticəsində dağıntı altında qalan 7 nəfərin hamısının cəsədi tapılıb.
AZƏRTAC əyalətin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, Conyan rayonundakı mədəndən sonuncu meyit martın 15-də səhər saatlarında çıxarılıb. Bununla da axtarış işləri başa çatıb.
Qeyd edək ki, martın 11-də axşam saatlarında “Taoyuan Xinlong” kömür istehsalı korporasiyasına məxsus mədənin anbarında təmir işləri aparılarkən çökmə baş verib. Hadisə nəticəsində anbarın altından keçən su xəttinin partlaması axtarış-xilasetmə işlərinin xeyli vaxt aparmasına səbəb olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]