Çində qatar relsdən çıxıb, ölən və yaralananlar var
Pekin, 30 mart, AZƏRTAC
Çinin Xunan vilayətində sərnişin qatarının beş vaqonunun relsdən çıxması nəticəsində bir nəfər ölüb, 4-ü ağır olmaqla 127 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Cinan şəhərindən Quancou şəhərinə gedən qatar yerli vaxtla saat 11:40-da (Bakı vaxtı ilə 7:40) Xunan vilayətinin Yonsin dairəsində relsdən çıxıb. Qəzaya səbəb son günlər yağan yağışların yaratdığı torpaq sürüşməsi olub.
Qatarın maşinisti sürüşməni gördükdən dərhal sonra əyləci basıb qatarı saxlamağa çalışsa da, bu, nəticəsiz olub. Qəza zamanı qatarın lokomotivində yanğın da əmələ gəlib.
Hadisə yerinə gələn xilasedicilər yaralıları xəstəxanalara çatdırıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]