Çingiz Hüseynzadə: İnanıram ki, futbolda da böyük uğurlar qazanacağıq
Bakı, 11 aprel, AZƏRTAC
“Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün dünyaya göstərdik ki, biz idman ölkəsiyik. Qazandığımız nəticələr də bunu deməyə əsas verir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Hesabat Konfransında çıxışı zamanı deyib.
O, futbolda böyük uğurların qazanılacağına inandığını bildirib: “Hər şeyə nail olmaq mümkündür. Əsas odur ki, istək olsun, səy göstərilsin. İnanıram ki, AFFA-nın yeni rəhbərliyi bunu bacaracaq. Bir il çox tez keçdi. Bizim kollektiv idman oyunlarında da uğurlarımız olacaq. Son olimpiadada 3×3 basketbol yığmamız bunu sübut etdi. Ümid edirəm ki, Azərbaycanın idman nailiyyətləri bundan sonra da davam edəcək. Azərbaycan futbolçuları da öz nailiyyətləri ilə bizləri sevindirəcəklər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]