Çini Bakıda keçiriləcək dünya çempionatında 13 gimnast təmsil edəcək
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 18-21-də Bakıda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən, 33 ölkə yarışda iştirakını təsdiqləyib.
Artıq Çin millisinin dünya çempionatı üçün heyəti açıqlanıb. Belə ki, Çini 13 gimnast - Tonq Bao, Yunju Cao, Xinyi Fan, Lonqyu He, Yiçenq Hu, Yanfei Huanq, Qianqi Lin, Siaoyin Vanq, Lanqyu Yan, Yanvei Yanq, Veivei Çjan, Sinsin Çjan və Çaoyu Çjou təmsil edəcək.
Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]