“Çoxmillətli Murman” konfransında Azərbaycanın tarixi və mədəniyyəti haqqında məruzə dinlənilmişdir
Bakı, 7 aprel (AZƏRTAC). Murmansk dövlət vilayət kitabxanasında “Çoxmillətli Murman” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Azərbaycanı, Estoniyanı, Belarusu və Moldovanı təmsil edən tələbələr və yuxarı sinif şagirdləri öz ölkələrinin tarixinə və mədəniyyətinə həsr olunmuş təqdimat xarakterli məruzələrlə çıxış etmişlər.
Tədbirdə Azərbaycan haqqında kitablar və fotoalbomlar, Azərbaycanın tanınmış şair, yazıçı və alimlərinin əsərləri nümayiş etdirilmişdir.
Konfransın sonunda İ.İ.Mesyatsev adına Murmansk dəniz balıqçılıq kollecinin direktoru Valentin Juk tədbirdə çıxış edənlərin hər birinə təşəkkürnamələr və kitablar təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]