Çoxmillətli Murmanskda “Təşəkkür edirik” adlı gecə-aksiya keçirilmişdir
Bakı, 27 may (AZƏRTAC). Murmanskdakı Uşaq Teatr Mərkəzində Böyük Vətən müharibəsində Qələbə gününün 66-cı ildönümünə həsr edilmiş “Təşəkkür edirik” adlı gecə-aksiya keçirilmişdir. Tədbirin əsas qonaqları müharibə veteranları və iştirakçıları olmuşdur.
Səmimi şərait, insanın qəlbini riqqətə gətirən mahnılar, şövqlü rəqslər - bütün bunlar veteranlarda bayram əhval-ruhiyyəsi yaratmışdır.
Murmansk sakinlərinin sevimliləri - “Şərqin incisi” ansamblının iştirakçıları olan həmvətənlərimiz Amaliya və Emiliya Həsənova bacıları Azərbaycan haqqında mahnı ifa etmişlər.
Tədbir Murmansk Vilayət Hökuməti yanında Milli Məsələlər üzrə Məşvərət Şurası, Murmansk Vilayət İctimai Palatası və regionun milli-mədəni birlikləri, o cümlədən Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk bölməsi tərəfindən təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]