CİZGİ HEKAYƏLƏRİNİN SƏRGİ-MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
Rəssamlar İttifaqından AZƏRTAC-a bildirmişlər ki, respublikamızda ilk dəfə keçirilən sərgidə 20 rəssamın 7 qəhrəmanın (Tomris, Dədə Qorqud, Babək, Nəsimi, Koroğlu, Mehdi Hüseynzadə, Çingiz Mustafayev) təsvirinə həsr olunmuş 50-yə yaxın əsəri nümayiş etdirilir.
Sərginin keçirilməsindən məqsəd 5-10 yaşlı uşaqlarımıza qəhrəmanlarımızı tanıtmaqdır. Müsabiqədə qalib gələn rəssamların iştirakı ilə adı çəkilən qəhrəmanlarımız haqqında geniş cizgi hekayələri hazırlanacaqdır.
Müxtəlif nominasiyalar üzrə Orxan Hüseynov, Mətanət Aslanova, Mais Əliyev, Tofiq Məmmədov və Etibar Aslanov müsabiqənin birinci mükafatına layiq görülmüşlər.
Gələcəkdə bu silsilədən Azərbaycanın başqa qəhrəmanlarına həsr olunmuş sərgilərin keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO
- 29.09.2026 [20:37]