Dağ Yəhudiləri Dini İcması Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat köçürüb
Bakı, 25 mart, AZƏRTAC
Hazırda planetimiz koronavirus infeksiyası təhlükəsinin yayılması ilə üz-üzə qalıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da hökumət tərəfindən bu pandemiyanın qarşının alınması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu prosesi birbaşa nəzarəti altında saxlaması və dövlət başçısının belə çətin anlarda ölkə vətəndaşlarının yanında olması xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib.
Dağ Yəhudiləri Dini İcmasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, icma koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında hökumətin həyata keçirdiyi tədbirləri çox yüksək qiymətləndirir.
Martın 25-də Dağ Yəhudiləri Dini İcması sosial həmrəylik nümayiş etdirərək 10 min manat məbləğində vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [19:03]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [18:59]
Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]