Dağlarda baş vermiş yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir
Şəki, 19 dekabr (AZƏRTAC). Dekabrın 17-dən başlayaraq Böyük Qafqaz sıra dağlarının Şəki rayonu ərazisindən keçən hissəsində baş vermiş yanğının qarşısını almaq hələlik mümkün olmamışdır.
Bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən Şəki fövqəladə hallar komissiyası sədrinin müavini Valeh Ələkbərov bildirmişdir ki, yanğın əsasən Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, rayonun Baş Kəldək və Baş Zəyzid kəndləri ərazisindəki yüksəkliklərdə baş vermişdir. Yanğın 5-6 hektar ərazini əhatə edir. Yanan əsasən xəzəl, quru kol-kosdur.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti hissələrinin texnika və canlı qüvvəsi, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçi və mütəxəssisləri, habelə kənd əhalisi cəlb edilmişdir. Yanğının baş verdiyi ərazidə əsən güclü külək yanğınsöndürənlərin işini xeyli çətinləşdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]