Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir
Bakı, 10 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər yarımadanın bəzi yerlərində çiskinli, günün ikinci yarısında isə yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcəkdir.
Havanın temperaturu gecə müsbət 2-4 dərəcə, günün birinci yarısında müsbət 4-7 dərəcə, axşam 2 dərəcəyə yaxın təşkil edəcəkdir.
Azərbaycanın regionlarında hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi rayonlarda intensiv olacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək yüksələcək, gündüz müsbət 4-9 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək olacaqdır.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraitinin davam etməsi, atmosfer təzyiqinin kəskin dəyişikliyi, güclü şimal və cənub küləyinin bir-birini əvəz etməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]