Daha bir neçə küçədə nişanlanma işləri həyata keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı yollarında təhlükəsizliyin artırılması məqsədilə nişanlanma işləri davam etdirilir.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, yeni zolaqlar və nişanlanma işləri aşağıda adları qeyd olunan küçələrdə həyata keçirilib.
Parlament prospekti, Mehdi Hüseyn, İstiqlaliyyət, Niyazi və Yusif Səfərov küçələrində COP29 zolaqları və loqolar çəkilib.
İstiqlaliyyət küçəsində nişanlanma xətləri yenilənib. Neftçilər prospekti – Yusif Səfərov küçəsi istiqamətində nişanlanma işləri tamamlanıb.
8 Noyabr prospektində yeni nişanlanma xətləri təşkil olunub. Xaqani küçəsində mikromobillik zolağı üçün yaşıl boya işləri başa çatdırılıb.
Salyan şosesində, Ali Neft Məktəbinin qarşısında yeni piyada keçidi çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]