Daha bir sosial layihə: tibb müəssisələrinə dəstək göstəriləcək
Bakı, 25 mart, AZƏRTAC
Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizəyə dəstək çərçivəsində daha bir sosial addım atılıb. Belə ki, İqtisadiyyat və Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərmaş” ASC birgə əməkdaşlıq çərçivəsində ölkə daxilindəki tibb müəssisələrinə dəstək aksiyasına başlayıblar.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sosial aksiya çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində kömək göstəriləcək. Belə ki, ölkə daxilindəki səhiyyə müəssisələrinə tibbi ləvazimatların və materialların vaxtında çatdırılması, habelə koronavirusla mübarizə sahəsində fəaliyyət göstərənlərə dəstək məqsədilə “Azərmaş” ASC tərəfindən 100 avtomobil və sürücü ayrılıb.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri də sosial layihəyə zəruri dəstək göstərəcəklər. Könüllülər tibbi ləvazimatların və materialların çatdırılmasına, habelə əsas tibbi heyətə yardımçı işlərdə kömək edəcəklər. Sürücülər və könüllülər zəruri qoruyucu vasitələrlə təmin olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:54]
Bu ilin may ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
- 11.06.2026 [10:43]
Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub
- 11.06.2026 [10:33]
Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb
- 11.06.2026 [10:19]
Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib
- 11.06.2026 [08:40]
Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]