DAMA ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİNDƏ 3 TUR OYNANILMIŞDIR
Bakı, 4 mart (AZƏRTAC). Respublika Şahmat Mərkəzində 100 xanalı dama üzrə Azərbaycan birinciliyində 3 turun oyunları keçirilmişdir.
Gənclərin yarışında Aslan Aslanlı 6 xalla liderliyini qoruyub saxlamaqdadır. Kadetlərin turnirində Sidqi Samanduyev (6 xal) və Nuridə Cəfərova (6 xal) ilk pillələrdə qərarlaşmışlar. Kiçik kadetlərin yarışında hərəyə 6 xalla Zeynal Rəşidli, Anar Mustafayev, Həmidə Əhmədova və Ceyran Məmmədova fərqlənmişlər. Ümidlərarası mübarizədə isə Famil Kamilli, Orxan Davidov, Firduz Kərimzadə və Tahirə Bağırzadə hərəyə 6 xal toplayaraq birinci yerləri tuturlar.
Birincilik martın 11-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]